SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Yarıtmaz icra başçılarımız...

21-04-2017, 11:43 | Oxunub: 10 305 |

Yarıtmaz icra başçılarımız...
Bu gün əhalinin böyük əksəriyyəti İcra hakimiyyətlərinin işindən narazıdır və şikayətlərin əksəriyyəti də onlardandır. Hesablama Palatası 2016-cı il üzrə illik hesabatsyda korrupsiya, yeyinti, dövlət vəsaitini mənimsəmə faktları aşkarlanan İcra hakimiyyətlərinin siyahısını təqdim etdi. Bunlar müvafiq olaraq Qaradağ, Sabunçu, Abşeron, Salyan, Şirvan, Zaqatala, Goranboy, Ağcabədi, Hacıqabul, Biləsuvar, Cəlilabad, Tovuz, Siyəzən, Quba, Oğuz rayon icra hakimiyyətləridir. Ancaq hesabatlardan da məlum olan faktlara görə hələ ki, heç bir icra başçısı gəzalandırılmayıb.

Digər tərəftdən Prezident Administrasiyasına daxil olan şikayətlərin də əksəriyyətini məhz icra başçılarının fəalliyyəti ilə bağlı məktublar təşkil edir. 2016-cı il üçün açıqlanan rəqəmlərə görə, Mingəçevir, Ağdam, Ağsu, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Qəbələ, Masallı, Neftçala, Samux, Şəmkir, Tovuz, Yardımlı, Zərdab icra hakimiyyətlərindən gələn şikayətlər, digər şəhər və rayonların icra hakimiyyətlərindən daxil olan müraciətlərə nisbətən daha az olub. Ötən il Bakı, Lənkəran, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Neftçala, Saatlı, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı isə çox olub. Təbii ki, bu şikayətlər arasında məzmunsuz, faktlara söykənməyən müraciətlər də az deyil. Ancaq Hesablama Palatasının təqdim etdiyi faktlar və vətəndaşlardan ünvanlanan şikayətlər bəs edir ki, icra başçılarının korrupsiya faktlarını, vəzifəsindən süi-istifadə hallarını açıq şəkildə görmək mümkün olsun. Sual yaradan məqam isə odur ki, bu icra başçıları niyə hələ də öz vəzifələrini icra edirlər? Əslində bu məsələ bir sıra amillərdən asılıdır. Bunlardan birincisi onların iri məmurların, oliqarxların kurasiyasında işləməsidir. Məhz həmin oliqarxlar korrupsioner icra başçılarını qoruyurlar. Məlumdur ki, regionlar bir sıra məmurların kurasiyasına verilib. Bu da həmin rayonlara başçılıq edən şəxslərin kimlər tərəfindən himayə olunduğunu göstərən amildir.

İcra başçıları da onlara himayədarlıq edən məmurların marağına xidmət etdiyi üçün bir növ toxunulmaz olurlar. Buna görə də belə demək mümkündürsə, icra başçıları regionlardan öz mülkləri kimi istifadə edirlər. Bu da vətəndaşların, sahibkarların dövlət qurumlarından narazı salan səbəb olur. Ötən il bir sıra rayonların dövlət dotasiyasından azad edilməsi isə oliqarx məmurların həmin regionlarda nüfuzuni daha da artırdı. Belə demək mümkündürsə, artıq icra başçıları birbaşa olaraq oliqarx nazirlərdən asılı vəziyyətə düşdü. Ancaq həmin rayonların dövlət dotasiyasından azad edilməsi doğru addım idi. Onsuz da dövlət büdcəsindən rayonların inkişafı üçün ayrılan pullar icra başçıları tərəfindən mənimsənilirdi. Yəni, ayrılan vəsait aidiyyatı üzrə deyil, şəxsi maraqlar üçün istifadə edilirdi. Hesablama Palatasının aşkarladığı yeyinti faktları da bunu sübut edir. Bu baxımdan həmin vəsaitlərin dövlət büdcəsində qalması daha məqsədəuyğundur.

Hesablama Palatasının aşkarladığı faktlar 14 icra hakimiyyəti ilə məhdudlaşmır. Bu gün bir çox icra hakimiyyətlərində eyni hal müşahidə olunur. Ekspertlər hesab edir ki, bu siyahıda adları olan icra başçıları yaxın günlərdə vəzifədən uzaqlaşdırılacaq. Əks halda bu cür informasiyaların ictimaiyyətə çıxmasına heç cür imkan verməzlər. Bütün bunlardan belə görünür ki, adı “qara siyahı”ya düşən icra başçıları yaxın günlərdə “vurulacaq”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR