25 in 16:42Oxunub: 726 |

Əsgər anaları ayağa qalxdı

Əsgər anaları ayağa qalxdı
Ermənistanda avtoritar Sarkisyan rejiminə qarşı fasiləsiz aksiyalar davam edir.
"EMTV.az" xəbər verir ki, iyunun 25-də orduda ölən erməni əsgərlərinin valideynləri də ayağa qalxıblar. Onlar Prezident Administrasiyası və parlamentin binalarına doğru yürüş etməyə çalışsalar da, polis buna imkan verməyib.

Erməni mənbələrinin yaydığı məlumata görə, İrəvan polisinin rəis müavini Valeriy Osipyan valideynləri sakitləşməyə çağırarkən az qalıb ki, onlara yalvarsın.

O, "Mən sizi başa düşürəm, sizin vəziyyətinizi anlayıram, sizin yerinizdə olsaydım, özüm necə davranardım, bunu dəqiq bilmirəm. İnanın ki, biz sizi başa düşürük. Biz sizin əleyhinizə deyilik, inanın” - deyə, dil töküb.

V.Osipyan əsgər analarını aksiyanı növbəti gün keçirməyə çağırıb. Rəis müavini hətta Oktemberyan rayonundan İrəvana gəlmiş əsgər analarından birinə evinə qayıtmaq üçün kömək edəcəyinə də söz verib.

Ermənistan hakimiyyəti orduda müəmmalı şəraitdə ölən əsgərlərin valideynlərini sakitləşdirməklə elektrik enerjisinin tariflərinin artmasına etiraz olaraq, Baqramyan prospekti boyunca aksiya keçirənlərə növbəti dəstəyin gəlməsini əngəlləmək istəyib.

Əsgər anaları isə övladlarının qatillərinin "daxili düşmənlər” olduğunu bəyan edirlər və geri çəkilmək niyyətində olmadıqlarını bildirirlər.

Onlar bəyan ediblər ki, ordudakı cinayətlər açılmasa, erməni valideynlər övladlarını hərbi xidmətə gönədrməkdən imtina edəcəklər.

"Bu gün biz övladlarımızı orduya göndəririk. Amma onların sağ qayıdacağına əmin deyilik. Bizim uşaqlardan əsgər yox, "stabil ÇMO” hazırlayırlar”. Bizim övladlarmızı öldürürlər” - deyə oğlu orduda ölmüş erməni analarından biri vurğulayıb.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 946
XƏBƏR LENTİ

Reklam
Məzənnə