SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

SAMİR ŞƏRİFOV, HACIBALA ABUTALIBOV… – Yasamaldakı yaşıllığın məhvinə görə kim cavab verəcək?

18-04-2017, 10:24 | Oxunub: 8 706 |

SAMİR ŞƏRİFOV, HACIBALA ABUTALIBOV… – Yasamaldakı yaşıllığın məhvinə görə kim cavab verəcək?
Yasamalda evsiz-eşiksiz, tifil deputatlara bina tikintisi üçün nəzərdə tutulan ərazidə yaşıllığın məhv edilməsilə bağlı yaranan qalmaqal 3 gündür KİV-lərin gündəmini zəbt edib. Hətta ölkə başçısı tikintinin dayandırılması və günahkarların cəzalandırılmasına dair göstəriş verib.

Mətbuatda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən yazılanlardan məlum olub ki, “A-3 Sənaye Tikinti Korporasiyası” MMC tərəfindən Yasamal rayonu, Mətbuat prospekti-29 ünvanında yerləşən “Ovçular evi” İctimai Birliyinin ərazisində 27 ədəd müxtəlif növ ağaca bioloji ziyan yetirildiyi müəyyən edilib, 12-44 sm diametrli müxtəlif ölçülü, içərisində şam, tut, yapon əzgili və s. olan 52 ədəd ağacın məhv edildiyi aşkarlanıb. Hazırda qalan 27 ağacın mühafizəsinin təmin edilməsi üçün “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-yə məcburi göstəriş verilib və ərazi nəzarətə götürülüb.

Həmin bu “A-3”-ün isə (yenə mətbuatın iddiasına görə-red.) hörmətli maliyyə naziri Samir Şərifov cənablarına aid olduğu bildirilir. Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev yayılan informasiyadan təəcübləndiyini bildirib: “Hamıya yaxşı məlumdur ki, Samir Şərifov heç bir bizneslə məşğul deyil, onun tikinti biznesinə heç bir aidiyyatı yoxdur”. Doğrusu, bu məlumatı oxuyanda biz də təəccübləndik – nazir hara, biznes hara? Özü də Azərbaycanda! Yaxşı, siz dediniz, biz də inandıq.

Heç bir bizneslə məşğul olmayan və maaşla dolanan maliyyə nazirimizi bir tərəfə qoyub, keçək “tamaşa”nın digər iştirakçılarına. Hökumətə yaxın qaynaqlar təsdiqləyir ki, ərazidə həqiqətən Milli Məclisin deputatları üçün “Böyük Plaza” adlı yaşayış kompleksi, o cümlədən biznes-ticarət mərkəzi inşa edilməliydi. Adı çəkilən şirkət isə deputat Adəm İsmayılova məxsusdur. Bu da maaşla dolanan daha bir fədakarlıq mücəssiməsi! Daha sonra məlum olur ki, bu işi düzüb-qoşan kişilərin əlində qanuni sənədləri var. Sənədləri kim verib – hörmətli Hacıbala Abutalıbov!

Maaşla dolanan və 1990-cı illərin istehsallı olan “troyka BMV”-ni yuxusunda belə görməyən növbəti təmənnasız, mələk sifətli məmurumuz! Mətbuata o da məlum olub ki, həmin şirkətə tikinti üçün sifariş Milli Məclisin İşlər İdarəsindən daxil olub. Deputatlardan bir neçəsi yaşayış kompleksinin Milli Məclisin üzvləri üçün nəzərdə tutulduğunu təsdiqləyiblər. Deməli belə məlum olur ki, sözügedən ərazidə yaşıllığın məhv edilərək, millət vəkilləri üçün bina inşa edilməsində maliyyə naziri və Milli Məclisin üzvünə aid şirkətlər, Bakı Şəhər İcra Hakimiyyəti və onun rəhbəri, Milli Məclis və onun müvafiq strukturu birbaşa iştirak ediblər. Belə görünür ki, bu prosesdə hakimiyyətin bütün qolları təmsil olunub və nəhayət, ölkə başçısı bunu dayandırıb.

Sual yaranır – kim kimə qarşıdır? Bu tikintini başlayanlar, onu sifariş edən və ona icazə verənlər nəylə və kiminlə savaşır? Təbiətləmi, sadə insanların bir nəfəslik hava məkanıylamı, cəmiyyətin olan-qalan iradəsiyləmi, yaxud siyasi hakimiyyətin toxunulmaz hesab etdiyi dəyərlərləmi..?

Axı dəfələrlə, xüsusilə də paytaxtda yaşıllığın məhv edilməsinin yolverilməz olduğu ən yüksək səviyyədə qətiyyətlə pislənmiş və bununla bağlı xəbərdarlıq edilmişdir. Bunlar artıq heç kimlə hesablaşmayacaq qədərmi arxayınçılıq xəstəliyinə tutulublar? Bəli, təəssüf ki, reallıq məhz bunların haqlı və güclü olduğunu göstərir. Çünki yaşıllıqların məhvilə bağlı özbaşınalıqların sayı o qədər çoxdur ki, onların hərəsinin qarşısını almaq üçün bir göstəriş verib çatdırmaq mümkün deyil. Yəqin ki, son hadisəyə görə də nə Samir Şərifovu cəzalandıran olacaq, nə də Hacıbala Abutalıbovu.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR