SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“121 min hektar sahənin təyinatının dəyişdirilməsi ilə bağlı vəsatət qaldırmışıq” – Nazir

17-04-2017, 12:24 | Oxunub: 12 506 |

“121 min hektar sahənin təyinatının dəyişdirilməsi ilə bağlı vəsatət qaldırmışıq” – Nazir
“Azərtoxum” ASC ölkədə toxumçuluğun təchizatında çox mühüm rol oynayan şirkətdir. Bizim maddi-texniki bazamız imkan verir ki, 30 min hektar ərazidə səpin işləri aparaq”. Emtv.az apa-ya istinadən xəbər verir ki, bunu “Qeyri-neft ixracatçılarının respublika müşavirəsi”ndə şirkətin ictaçı direktoru Məzahir Qasımov deyib.

O bildirib ki, “Azərtoxum” hazırda 10 min hektar ərazidə toxumluq arpa və buğda səpini, 2 min hektar sahədə qarğıdalı əkini həyata keçirib: “Amma bizim imkanımız var ki, 30 min hektar ərazidə əkin-biçin aparaq. Bizim 60 min ton məhsulu saxlamaq gücündə olan anbarımız var. İki il öncə Şəmkir rayonunda Ceyrançöl deyilən ərazidə 5 min hektar ərazi bizim üçün ayrılıb. Biz Gürcstandan 6 km uzunluğunda 500 mm diametrlik su kəməri çəkmişik. Bundan başqa, Şəmkir su anbarından 17 km uzunluğunda 1200 mm diametrlik su kəməri çəkilib. Lakin o torpaq qışlaq təyinatlı olduğuna görə, biz o sahədən səmərəli istifadə edə bilmirik. Həmin torpaqların qış otlaq sahəsi olmasına baxmayaraq, o torpaqlarda 1 baş belə mal-qara yoxdur. Xahiş edirəm ki, bu məsələ aidiyyəti qurumlar tərəfindən nəzərə alınsın və problem həlli tapsın”.

Sahibkara cavab olaraq kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişdirilməsi ilə bağlı çox ciddi tapşırıq verib. Bununla belə nazir bildirib ki, torpaqların təyinatının dəyişdirilməsi zamanı balans gözlənilməlidir: “Biz bu il ərzində 121 min hektar sahənin təyinatının dəyişdirilməsi ilə bağlı vəsatət qaldırmışıq. Sizin müəssisənin maddi-texniki bazasına bələdəm. Hətta toxumçuluğun inkişafı üçün kənd təsərrüfatı strukturuna daxil olan torpaq sahələrindən bir neçə min hektar sahə müvəqqəti olaraq sizin istifadənizə verilib. Hazırda əsas məsələ örüş və ot sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı deyil. Biz balansı gözləməliyik. Çünki hazırda mövcud olan örüş və otlaq sahələri heyvandarlığın tələbatının 75%-ini təmin edir. Kütləvi sürətdə örüş-otlaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi bu problemi qloballaşdıra bilər. Ona görə də mütləq həmin əraziyə baxış keçirilməlidir. Amma düşünürəm ki, bu məsələ həll oluna bilər”,- deyə nazir vurğulayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR