SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanlı idmançı dünya birinciliyində yüksək nəticə göstərib

15-04-2017, 13:29 | Oxunub: 9 914 |

Naxçıvanlı idmançı dünya birinciliyində yüksək nəticə göstərib
Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə VII dünya birinciliyində Naxçıvanlı idmançı yüksək nəticə göstərib.

Emtv.az Azərtaca-a istinadən xəbər verir ki, yüzə yaxın ölkədən 445 atletin iştirak etdiyi yarışda Azərbaycan yığmasının üzvləri də çıxış edib. 77 kiloqram çəki dərəcəsinin B qrupunda yarışan atletimiz - Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev birdən qaldırma hərəkətində 125 kiloqram çəkinin öhdəsindən gələrək, bu hərəkətdə 4-cü olub. Atlet təkanla qaldırma hərəkətində daha yüksək nəticə əldə edib. O, 3-cü yanaşmasında 155 kiloqram ağırlığı qaldırıb və bu hərəkətdə 2-ci yeri tutub. Bununla yanaşı, ümumilikdə, 280 kiloqram (125+155) nəticə göstərən Tərmenxan B qrupunda ümumi sıralamada birinci yeri tutub.

Məlumat üçün bildirək ki, atletimiz ötən ilin oktyabrında Malayziyanın Penanq şəhərində keçirilən dünya birinciliyində iştirak edib. Aradan qısa müddət keçməsinə baxmayaraq, Tərmenxan Babayev Banqkokda mükəmməl çıxış edərək, nəticələrini xeyli yaxşılaşdırıb. Belə ki, o, 232 kiloqramlıq nəticəni birdən-birə 48 kiloqram artırıb. Bu, dünya idman arenasında ən yüksək nəticə hesab edilir. Bu nəticə ilə idmançımız 2018-ci ildə Argentinada keçiriləcək Yeniyetmələrin Olimpiadasına lisenziya qazanıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR