SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda xarici iqtisadi fəaliyyət iştirakçıları ilə növbəti görüş keçirilib

14-04-2017, 13:42 | Oxunub: 14 046 |

Naxçıvanda xarici iqtisadi fəaliyyət iştirakçıları ilə növbəti görüş keçirilib
Gömrük xidməti ilə biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Naxçıvan Biznes Mərkəzində xarici iqtisadi fəaliyyət iştirakçıları ilə növbəti görüş keçirilib.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, görüşdə gömrük orqanları tərəfindən xarici ticarətin asanlaşdırılması və daxili bazarın qorunması istiqamətində görülən işlər, gömrük ödənişləri zamanı sahibkarlara tətbiq olunan güzəştlər, göstərilən elektron gömrük xidmətləri haqqında məlumat verilib. Əlaqəli dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin də dəyərləndirildiyi tədbirdə iş adamlarının problemləri dinlənilib, onların həlli yolları müzakirə olunub.

Muxtar respublika Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov tədbiri açaraq görüşün mahiyyətindən, müzakirə olunacaq məsələlərin ümumi işə verə biləcək səmərəsindən danışıb. Gömrük sistemində qanunvericiliyin təkmilləşdirilməsinin, “bir pəncərə” prinsipinin tətbiqinin, xidmətlərin elektron qaydada həyata keçirilməsinin rəsmiləşdirməni asanlaşdırmaqla yanaşı, həm də sürətləndirdiyini önə çəkən komitə sədri xarici iqtisadi fəaliyyət iştirakçılarına dövlətimizin iqtisadi maraqlarını, muxtar respublikanın coğrafi, iqtisadi xüsusiyyətlərini daha əhatəli təhlil etməyi, qanunvericiliyin tələblərini dərindən öyrənməyi, gömrük əməkdaşları ilə məsləhətləşmələr aparmağı tövsiyə edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək son illər muxtar respublikada sahibkarlıq subyektlərinin fəaliyyətinə hərtərəfli diqqət və qayğı göstərildiyini vurğulayıb. Qeyd olunub ki, yaradılmış şərait hesabına daxili bazarda yerli istehsalın çəkisi ildən-ilə artır, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi mexanizmi muxtar respublika iqtisadiyyatının dinamik inkişafına müsbət təsir göstərir.

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılov yerli istehsalın, o cümlədən xarici ölkələrdən idxal olunan ərzaq və qida məhsullarının, mal-material və avadanlıqların keyfiyyət göstəricilərinə ciddi nəzarət olunduğunu vurğulayaraq, muxtar respublikada rəqabətədavamlı məhsul istehsalına xüsusi önəm verildiyini qeyd edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli gömrük orqanları tərəfindən sahibkarlıq sahələrinin inkişafının stimullaşdırılması, daxili bazarın qorunması, süni qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərdən danışıb.

Komitənin maliyyə-tarif şöbəsinin rəisi, gömrük xidməti mayoru Rafael Əliyev gömrük rüsumlarının hesablanması qaydası və sahibkarlara tətbiq olunan güzəştlər, statistika və informasiya texnologiyaları şöbəsinin rəisi, gömrük xidməti mayoru Emin Eylazov elektron gömrük xidmətləri barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə əlaqəli dövlət qurumları tərəfindən görülən işlərin həcminin daha da artırılması, sahibkarlıq fəaliyyətinin düzgün istiqamətləndirilməsi ilə bağlı təkliflərlə çıxış edib və bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.

Sonra xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin iştirakı ilə diskussiya olub.

Xarici iqtisadi fəaliyyət iştirakçıları olan sahibkarlara gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlər və gömrük-biznes əməkdaşlığının artırılması istiqamətində əsas tövsiyələri özündə əks etdirən məlumat vərəqələri paylanılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR