14 apr 13:38Oxunub: 357 |

Naxçıvanda Ümumdünya Hemofiliya Günü ilə bağlı maarifləndirici tədbir olub

Naxçıvanda Ümumdünya Hemofiliya Günü ilə bağlı maarifləndirici tədbir olub
Dünyanın yüzdən çox ölkəsində əhalini xəstəliklə bağlı məlumatlandırmaq məqsədilə 17 aprel – Ümumdünya Hemofiliya Günü kimi hər il qeyd olunur. Bu irsi qan xəstəliyinin əsas səbəbləri yaxın qohumların nikahı, radiasiyalı ətraf mühit, qida və tütün məmulatlarının təsiri və digər amillərlə bağlıdır.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən Ümumdünya Hemofiliya Gününə həsr olunmuş tədbirdə məlumat verilib.

Xəstəxananın baş həkimi Əli Ələsgərov diqqətə çatdırıb ki, hemofiliya qanın laxtalanma prosesinin anadangəlmə pozğunluğudur və təkcə həmin xəstəlikdən əziyyət çəkən şəxslərin yox, həm də cəmiyyətin problemidir. Ölkəmizdə 1500-dən çox, muxtar respublikada isə 68 nəfər bu xəstəlikdən əziyyət çəkir. Son illər ölkəmizdə talassemiyalı xəstələrin müalicəsinin səviyyəsi yüksəldiyi üçün bu xəstəlikdən ölüm halları azalıb.

Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə “Hemofiliya və talassemiyalı irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı” haqqında Fərman imzalanıb. Bununla əlaqədar əhali arasında vaxtaşırı maarifləndirmə kampaniyası aparılır. Ölkəmizdə, o cümlədən muxtar respublikada uğurla həyata keçirilən “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı” irsi qan xəstəliyindən əziyyət çəkənlərin həyat tərzinin yaxşılaşdırılmasına və ömürlərinin uzadılmasına xidmət edir. Proqram çərçivəsində xəstələr dərman preparatları ilə pulsuz təmin olunurlar. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və digər dövlət qurumları tərəfindən vaxtaşırı təşkil edilən könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliyindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.

Tədbirdə xəstəxananın hematologiya şöbəsinin müdiri Xalidə Bağırova “Hemofiliya xəstəliyinin müalicə prinsipləri”, həkim-hematoloq Leyla Bağırova “Hemofiliya xəstəliyinin epidemiologiya, klinika, diaqnostikası, VIII və IX faktorun biokimyəvi xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələr slayd və xronikalarla müşayiət olunub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 946
XƏBƏR LENTİ

Reklam
Məzənnə