SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İslam Həmrəyliyi Oyunlarında 90 təcili yardım briqadası

13-04-2017, 12:17 | Oxunub: 9 608 |

İslam Həmrəyliyi Oyunlarında 90 təcili yardım briqadası

Mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında əhaliyə lazımi tibbi xidmət göstərmək üçün təcili yardım briqadaları hazır vəziyyətə gətirilib.

Emtv.az-ln məlumatına görə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev mətbuata açıqlamasında bildiribki "beynəlxalq tədbir zamanı tibbi yardımın təşkili üçün 90 təcili yardım briqadası ayrılıb.

Bu briqadanın tərkibinə həkim, orta tibb işçisi və 42 sanitar avtomobilin daxil olduğunu deyən R. Nağıyevin sözlərinə görə, onlar əsasən qonaqlara, idmançılara və yarış iştirakçılarına tibbi xidmət göstərəcək: “42 sanitar avtomobil müasir avadanlıqlarla, dərman preparatları, yeni tibbi ləvazimatlarla təmin edilib, hansısa qəza hadisəsi zamanı yerində tibbi müayinənin keçirilməsi üçün rentgen avadanlıq, laborator müayinələr hazır vəziyyətə gətirilib. Həkim və orta tibb işçiləri isə reanimasion tədbirləri həyata keçirmək üçün yenidən kurslardan keçirilib.

Oyunlar zamanı təcili yardım briqadalarının xidmət göstərəcəyi obyektlər siyahı üzrə müəyyənləşib, Olimpiya Komitəsi tərəfindən razılaşdırılıb. Artıq oyunlarda lazımi tibbi yardım göstərmək üçün təcili yardım briqadaları, işçi heyət qeydiyyatdan keçirilib”.

R. Nağıyev əlavə edib ki, gün ərzində 138 təcili briqada əhaliyə xidmət göstərir. Onun sözlərinə görə, İslam Həmrəyliyi Oyunları zamanı da adi günlərdə olduğu kimi eyni sayda təcili yardım briqadası işləyəcək: “103 xidmətində ingilis və fransız dilini bilən xüsusi həkimlər saxlanılacaq ki, xarici vətəndaşlar yerlərlə bərabər 103 xidməti vasitəsilə də təcili yardım müraciət edə bilsinlər. Xarici vətəndaşlar müraciət etdikdə onlara da lazımi tibbi yardım göstəriləcək. May ayının əvvəlindən sonuna kimi təcili yardım stansiyası İslam Həmrəyliyi oyunları ilə bağlı tam gücləndirilmiş iş rejimində çalışacaq”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR