SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Niyam Salami: "Mən əcəb edib nəşə çəkirəm, sən kimsən?!"

12-04-2017, 11:04 | Oxunub: 12 316 |

Niyam Salami: "Mən əcəb edib nəşə çəkirəm, sən kimsən?!"
Emtv.az müğənni Niyam Salaminin mətbuata verdiyi müsahibəsini təqdim edir:

– Bu günə qədər müxtəlif klub konsertləri vermisiniz, nə zaman daha böyük kütlə üçün konsert verməyi planlaşdırırsınız?

– Özüm özümdən konsert gözləyirəm. O qədər güclü potensialım var ki, özümü hər şeyə hazır hiss edirəm. Sadəcə, böyük konsertin böyük də məsuliyyəti var. Qaldı ki yeni işlər, görürəm. Yay ayları üçün çox möhtəşəm mahnılar hazırlayıram. Hind mahnısı da oxuyacam. Daima fəaliyyətdəyəm.

– Digər həmkarlarınız kimi şəxsi biznes açmaq fikriniz yoxdur?

– Ən böyük arzum şəxsi biznesimin olmasıdır. Bu günə qədər bir neçə yerlərə getdim, danışdım, amma alınmadı. Çünki hamı sözünün əri deyil. Sözü deyir, amma əməl eləmir. İşləyəndə də gərək kişi balası ilə işləyəsən. Hansı kişi sözünə əməl etmirsə, o kişi deyil. Odur ki, yeni məkan açacam və onları sizlərin xidmətinə verəcəm.– Həm müğənni olub, həm də şəxsi biznes işlətmək bir o qədər də asan deyil…– Təbii ki, çox çətindir. Bunun üçün külli miqdarda pul lazımdır. Pulla yanaşı həm də məsuliyyət tələb edir. Ona görə bu məsələyə xüsusi diqqət edirəm.

– İl başlayandan adınız qalmaqallardan əskik olmur…

– Görürsünüz ki, mən heç kimə cavab vermirəm. Anlamıram, məndən nə istəyirlər?! Heç kim haqda pis nəsə danışmıram. Atalar deyib ki, pis adam pisliyindən əl çəkmirsə, sən niyə yaxşılığından əl çəkirsən? Kim nə edir özü bilər. Bura mən öz zəhmətimlə, əziyyətimlə gəlmişəm. Ona görə heç kimin dediyi vecimə deyil.

– İllər keçdikcə dostlarınızın sayı azalır. Aygün Kazımova, Röya Ayxan, Rəhim Rəhimli ilə bir zamanlar sıx dostluğunuz var idi.

– Aygün, Röya və Rəhim mənim ən yaxın dostlarımdır və mənə düşmənçilik etməzlər. Onların evində olmuşam, ürəklərini bilirəm. Onlar da bilirlər ki, mən onlar haqda nəsə danışmaram. Digər müğənnilərlə danışmıram. Çünki danışan kimi problem yaşayıram.

– Bu gün düşmənlərinizdən danışmayacaqsınız yəni?

– Bəli, heç bir müğənni haqda danışmayacam. Məndən Aygünü, Röyanı Rəhimi soruşurlar. Bu günə qədər əlli dəfə Aygünün evində olmuşam, bir dəfə görməmişəm ki, başqası haqda danışsın. Yeni mahnı təqdim edəcəm deyə, heç vaxt başqa müğənnilərin qalmaqalına münasibət bildirmərəm.

– Zaman-zaman haqqınızda şayiələr yayılır ki, siz narkotik maddələrdən istifadə edirsiniz. Deyəsən, bu şayiələri yayanlar da elə sizin şou-biznesdəki rəqiblərinizdir.

– Siqaret çəkmirəm, araq içmirəm. Mənim siqaretin iyindən zəhləm gedir. Lap deyək ki, mən əcəb edib nəşə çəkirəm, sən kimsən?! Narkomaniyaya qurşanmışam, sənə nə?! Boş-boş şayiələr yayırlar haqqımda. Amma sizə deyim ki, onlar mənə dediklərindən artığını edir. Mən onlar haqda danışmayacam. Pis nəsə deməyəcəm.

– Yaş ötür, evlənmək niyyətiniz yoxdur?

– Mən kiməsə görə pərdə taxıb, yenə ailə qura bilmərəm. Ailə qurmuşam və yenidən qurmayacam. Yaşım az deyil. Mənim sənətim qurban tələb edir. Pis işə getmirəm, yaradıcılığımla məşğulam. Həyatımı buna həsr etmişəm

– Yəni, hazırda heç kim yoxdur həyatınızda?

– İndi bir xanım var, danışırıq. Onunla nəsə olar. O da toy kimi yox, sadə bir şey. Mən elə insanam ki, çayı da, suyu da üfləyə-üfləyə içirəm. Çətin adamam.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR